
Yaşıl Kart” sistemi çərçivəsində sığorta xidməti göstərən Azərbaycan şirkətlərinin sayı azalıb.
“AtaSığorta” ASC “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin siyahısından çıxarılıb. Bununla da sözügedən sistem üzrə xidmət göstərən şirkətlərin sayı 7-dən 6-ya enib.
Hazırda “Yaşıl Kart” sistemi çərçivəsində fəaliyyət göstərən sığorta şirkətləri bunlardır:
-
“Atəşgah” Sığorta Şirkəti ASC
-
“Azərbaycan Sənaye Sığorta” ASC
-
“Meqa Sığorta” ASC
-
“Paşa Sığorta” ASC
-
“Qala Sığorta” ASC
-
“Xalq Sığorta” ASC
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 6 yanvar 2026-cı il tarixli qərarına əsasən, “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.




