Home » Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!

Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!

by anar
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Yelo Bank 2024-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bank bu yarımil ərzində əsas maliyyə göstəriciləri üzrə müsbət tendensiyanı davam etdirib. Hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı ərzində 26 mln manat xalis mənfəət əldə edib. Digər göstəricilərə nəzər salaq:

– İlin əvvəlindən ümumi kredit portfeli 83 mln manat (11%) artıb. Rübün sonuna ümumi kredit portfelinin həcmi 846,7 mln manat təşkil edib. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank üçün prioritet istiqamətlərdən olan real sektorun maliyyələşdirilməsinə yönəldilib.

– 2024-cü ilin ilk 6 ayı ərzində 11 mindən çox müştəriyə 221 mln manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ötən ilin sonu ilə müqayisədə 47 mln (10%-dək), analoji dövr ilə müqayisədə isə 86 mln manat (19%-dən çox) artaraq 529,7 mln manat olub.

– Eyni müddət ərzində 14 mindən çox müştəriyə 159 mln manatdan çox istehlak krediti ayrılıb. Bunun nəticəsində istehlak kredit portfeli də böyüyərək 317 mln manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 36 mln manat (13%), analoji dövr ilə müqayisədə isə 77 mln manat (32%) artım deməkdir. Bu satışların 38%-i, eləcə də portfel artımının 52%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

– Cari ilin iyunun sonuna əmanət portfeli 807,7 mln manat təşkil edib. Dövr üzrə fiziki şəxslərin əmanət portfeli 60,7 mln manat artıb, bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.

– Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 mln manatdan çox (44%) artımla 75,8 mln manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 3 dəfədən çox artaraq 19 mln manatı keçib.

– Hesabat dövrünə Bank-ın məcmu kapitalı 130 mln manatı ötüb. Bu da requlyativ tələbdən 80 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,09%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8,02% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Bankın cəmi aktivləri isə hesabat dövrünün sonuna 1 mlrd 124 mln manat təşkil edib.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün sonuna olan maliyyə nəticələrini belə şərh edib: “Əsas maliyyə göstəricilərimizdəki yüksək artım dinamikası həyata keçirdiyimiz yeni inkişaf strategiyasından qaynaqlanır. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edir. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. 2024-cü ilin sonunadək Bakı və ətraf qəsəbələrdə, eləcə də Şamaxıda bir neçə yeni rəqəmsal filial istifadəyə verəcəyik. Bununla yanaşı rəqəmsal xidmətlərimizi təkmilləşdirərək, innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim edəcəyik. İlsonunadək bu strategiyanı davam etdirərək cari ili daha böyük və parlaq uğurlarla yekunlaşdıracağımıza əminəm”.

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/loans/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.