Home » Yeni monarxın portreti əks edilən ilk sikkələr nümayiş edilib – Foto

Yeni monarxın portreti əks edilən ilk sikkələr nümayiş edilib – Foto

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Üzərində yeni monarx Kral Charles-in portreti əks edilən 50p (pence) sikkələr həftələr içərisində ümumi dövriyyəyə daxil olacaq.

BBN.az ABC News TV proqramına istinadən xəbər verir ki, yerli mətbuat artıq 50p sikkənin ilk təsvirini ictimaiyyətə açıqlayıb, Krala hörmət əlaməti olaraq 5 funt sterlinqin üzərində isə heykəltəraş Martin Jennings tərəfindən hazırlanan monarxın təsviri yer alır.

Sikkələr monarxın indi sola baxması ilə əsrlər boyu davam edən ənənəyə uyğundur – sələfinin əksinə. Lakin maraqlı nüans budur ki, Britaniyanın əvvəlki Kralları və Kraliça kimi başında tacı yoxdur. Şəxsən Kral yeni modelini təsdiq edib və oxşarlıqdan məmnun olduğu bildirilir.

Sikkələr Royal Mint (Britaniyanın qədim şirkəti, ölkənin sikkələrinin rəsmi istehsalçısı) tərəfindən növbəti həftənin əvvəlində satılacaq. Bildirilir ki, 50p sikkələr ilin sonundan əvvəl ümumi istifadə üçün açıq olacaq, banklar, cəmiyyət və poçt xidmətlərinin tələblərinə uyğun olaraq sikkənin təminatı baş tutacaq. 

Rəsmilər bildirir ki, köhnə sikkələri olan vətəndaşlar narahat olmasınlar, çünki yeni sikkələr mərhum Kraliçanın təsviri əks edilən valyuta ilə birlikdə dövriyyədə olacaq və belə 27 milyard sikkələr mağazalarda qəbul ediləcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.