Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yeni nəsil nəzarət kassa aparatları (NKA) ilə dövriyyə 14,3 milyard manata yaxın olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bundan başqa, indiyə qədər ölkə ərazisində 92 588 ədəd yeni nəsil NKA quraşdırılıb.
“Onlardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır”, – deyə qurum bəyan edib.