Dolların yüksəlməsi qlobal iqtisadiyyata zərbə vurur, çünki adıçəkilən məzənnə ölkələr üçün olduqca vacibdir. Yüksək dollar digər məzənnələrin dəyərini aşağı salmaqla bərabər, iqtisadiyyat üzərində “qara buludlar” yaradır. Bu, həmçinin ABŞ ixrac tələbinə ciddi zərbə vurur, Amerika bizneslərinin böyük itkilər ilə üz-üzə qalmasına gətirib çıxarır. Təəssüf ki, son rəqəmlər də göstərir ki, dollar sadəcə yüksələn xətlə davam edərkən, digər məzənnələr isə enir.
Amerikalı turistlər üçün bu olduqca sərfəlidir, belə ki, Böyük Britaniya, Yaponiya kimi ölkələrdə ucuz istirahət edə bilirlər, ölkələrdən məhsul və xidmətləri idxal edə bilirlər. Ancaq beynəlxalq əməliyyatlarda ABŞ ixracatçıları və biznesləri itki təcrübəsi yaşayır, çünki yüksək dollardan dolayı onların məhsul və xidmətləri xarici alıcılar üçün daha bahalı olur. ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artırması isə (noyabrın 2-də iclası olacaq-red.) vəziyyəti pis edir və dolları daha bahalı edir.
Bəzi analitiklər isə deyirlər ki, yüksək dollardan dolayı beynəlxalq əməliyyatlarda itirən Amerikalı biznesmenlərin itkiləri milyardlarla dollar ola bilər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Wall Street Jurnal-ın Dollar İndeksinə görə, 2022-ci ildə ABŞ dolları 16 beynəlxalq məzənnə ilə müqayisədə 16% artıb. Məsələn, ötən həftə yapon yeninin dollar ilə müqayisədə məzənnəsi son 32 ilin ən aşağı səviyyəsinə enib, ötən ay isə Britaniya funt sterlinqi tarixi aşağı səviyyəni görüb, hazırda isə 16% enib. Avro isə 13%.
Şübhəsizdir ki, dollar maliyyə sıxıntılarının olduğu dövrdə investorlar üçün “cənnət” kimi görünür. Avropada enerji böhranı, Ukraynada Rusiyanın müharibəsi, davam edən iqtisadi tənəzzül qorxularından dolayı investorlar dollara investisiya edirlər.