Home » Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Zəfər Gününün 5-ci ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini anmaq, həmçinin ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması istiqamətində birgə fəaliyyəti təşviq etmək məqsədi daşıyan aksiyada energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində 2 hektar ərazidə 1200-dən çox eldar şamı və zeytun ağacları əkilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.