Home » Zəngilanda “Bilim hər yerdə” layihəsinə start verilib

Zəngilanda “Bilim hər yerdə” layihəsinə start verilib

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

18 dekabr 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kənd orta məktəbində “Bilim hər yerdə” layihəsinə start verilib. Layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzləri tərəfindən reallaşdırılır.

Tədbir çərçivəsində mərkəzin müəllimləri tərəfindən 100-ə yaxın şagirdə riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya, sahibkarlıq sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb.

Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib. Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Layihənin məqsədi ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

Layihənin sponsoru: “Final çay”

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb.  Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.