Home » Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı

Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İyulun 16-da Zaqatala rayonunda Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Regionda fəaliyyət göstərən sahibkarların və öz biznesini qurmaq istəyən şəxslərin iştirakı ilə keçirilmiş tədbirdə KOB İnkişaf Mərkəzinin fəaliyyəti, sahibkarlara göstərəcəyi dəstək və xidmətlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan mərkəz Zaqatala, Balakən, Qax və digər ətraf rayonlarda fəaliyyət göstərən KOB subyektlərinə, biznesə başlamaq istəyənlərə biznesyönümlü təlim və məsləhət xidmətləri göstərəcək. Mərkəz tərəfindən həmçinin, region üzrə KOB-ların sahibkarlıqla bağlı mövcud dəstək və xidmətlər, bu sahədəki yeniliklər barədə maarifləndirilməsi üçün sistemli iş aparılacaq. Sahibkarlar mərkəzə müraciət etməklə maliyyə resurslarına çıxış, bunun üçün mövcud dövlət dəstəyi və alternativ maliyyələşdirmə mexanizmləri barədə informasiya dəstəyi ala biləcəklər. KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən sahibkarlara biznes planın hazırlanması üçün dəstək göstəriləcək. Mərkəz KOB-ların satış imkanlarının genişləndirilməsinə müvafiq mövzuda təlimlər, fərdi və ya qrup şəklində məsləhət xidmətləri ilə dəstək olacaqdır. 

Zaqatala rayonunda Heydər Əliyev Mərkəzində yerləşən KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

KOBİA Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları və öz biznesini qurmaq istəyən şəxsləri KOB İnkişaf Mərkəzinin xidmətlərindən istifadə etməyə dəvət edir.

KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması, bunun üçün ehtiyacları olan təlim və məsləhət xidmətlərinə rahat çıxışın təmin edilməsi üçün tədbirlər davam etdirilir. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.