Home » Zimbabve yüksək inflyasiya ilə mübarizə aparmaq üçün qızıl sikkələrin satışına başladı – Foto

Zimbabve yüksək inflyasiya ilə mübarizə aparmaq üçün qızıl sikkələrin satışına başladı – Foto

by bbnadm
0 rəy 2 baxış 2 dəqiqə oxuma

Cənubi-Şərqi Afrika ölkəsi Zimbabvenin Mərkəzi Bankı ölkənin pul vahidinin – inflyasiyanın yüksəlməsi fonunda Zimbabve dollarının zəifləməsinin qarşısını almaq üçün qızıl sikkələrin satışına başlayıb.

BBN.az BBC.com-a istinadən xəbər verir ki, illik inflyasiya dərəcəsi 190%-ə yüksəldikdən sonra, Mərkəzi Bankın faiz dərəcələri bu ay 2 dəfə artırılaraq 200%-ə çatıb.

Hər bir sikkənin dəyəri isə qızılın beynəlxalq unsiya dəyəri və 5%-lik istehsal dəyəri də daxil olmaqla qiymətləndiriləcək. Bir-neçə həftə öncə isə qızılın bir unsiyasının dəyəri 1,724 dollar, yaxud 1,435 funt-sterlinqə ticarət olunurdu. Zimbabvenin Ehtiyat Bankının rəhbəri John Mangudyanın sözlərinə, əsasən sikkələrin kifayət qədər dəyişməsi olarsa, onları mağazalarda istifadə etmək mümkün olacaq. 

Sikkə isə “Mosi-oa-Tunya” adlandırılır, mənası isə “Göy gurultulu tüstü” deməkdir və Zimbabve və Zambiya sərhədində yerləşən Viktoriya şəlaləsinə eyham edir. 

Bu il Zimbabve dolları əsas pul vahidlərinə qarşı dəyərini itirib. Ölkə hələ də 4 onillikdə hökuməti idarə edən Robert Mugabe-nin rəhbərliyi altında iqtisadi xaosu unutmayıb. 2009-cu ildə hiperinflyasiya Zimbabve dollarının bazardan çıxmasına, daha çox isə xarici valyutalar ilə xüsusilə, ABŞ dolları ilə ticarət etməyə səbəb olmuşdu. 

Böhranın ən pis dövründə hökumət rəsmi inflyasiya rəqəmlərini dərc etməyi dayandırdı, lakin bir hesablamaya görə, 2008-ci ilin noyabr ayının ortalarında inflyasiya səviyyəsi illik 89,7 sekstilyon faiz təşkil edib. Həmin zaman yüz milyard Zimbabve dollarlıq əskinas ölkənin iqtisadi çöküşünün emblemi kimi görünürdü.

Ölkənin pul vahidi onillikdən sonra, bazara geri qaytarıldı, amma yenidən dəyər itirməyə davam etdi. Bildirək ki, DW Business-in Afrika ölkələri ilə bağlı xüsusi buraxılışına, əsasən Ukrayna-Rusiya müharibəsi təkcə Zimbabveni deyil, qitənin digər ölkələrinə də (Kenya, Qana və s.) təsir edib və onlar yüksək qiymətlərin fonunda yoxsulluq ilə mübarizə aparırlar. Bu Afrika ölkələri The International Monetary Fund-dan yaxın zamanda (IMF) dəstək gözləyirlər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.