Home » “Zolotaya Korona” pul köçürmə sistemi qlobal pandemiya dövründə vətəndaşların pul köçürmə əməliyyatlarını daha əlverişli etdi

“Zolotaya Korona” pul köçürmə sistemi qlobal pandemiya dövründə vətəndaşların pul köçürmə əməliyyatlarını daha əlverişli etdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə pandemiya dövründə rəqəmsal ödənişlərin, o cümlədən pul köçürmə əməliyyatlarının inkişafı və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Pul köçürmə sisteminin rəhbərliyinin qərarı əsasında Covid -19 qlobal pandemiyası səbəbilə vətəndaşların pul köçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılmışdır.

Belə ki, cari ilin 1 iyun tarixindən etibarən 31 avqust tarixinədək ölkəmizdən Rusiya Federasiyasına “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5% təşkil edəcəkdir. Qeyd edilməlidir ki, bu xidmət haqları əvvəl 0,9% təşkil edirdi.

“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə rəqəmsal ödəniş həllərinin tətbiqinin gneişləndirilməsi, pul köçürmələrinin təşviqi, habelə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.