İlk onlayn sığorta platformasında artıq 2 Milyon Sığorta haqqı toplanıb

Ölkəmizdə sığorta bazarı gündən günə öz həcmini daha da artırmaqdadır. Bununla yanaşı sığorta bazarının vərdişləri də dəyişməkdədir. Belə ki, öncədən bir başa sığorta ofislərinə fiziki olaraq yaxınlaşmaq tələb olunurdu. Ancaq İnsure.az sığorta portalı bazarda öz fəaliyyətini başladıqdan sonra siz onlayn olaraq da bunu edə bilirsiniz.

Bu yaxınlarda İnsure.az onlayn sığorta portalımızın statistik nəticəsi olaraq xidmətdən 1 MİLYON dəfə istifadə olunduğunu qeyd etmişdik. Hazırda yeni statistikaya nəzər salanda gördük ki, artıq İcbari Avto Sığorta növü üzrə sırf onlayn olaraq 2.000.000 sığorta haqqı toplanıb. Əsas olaraq yığılan sığorta haqqının böyük bir faizi isə son bir ildə toplanmışdır. Bu da sığorta bazarında davranışların dəyişməsinin və onlayna keçidin necə sürətli getdiyinin əyani sübutudur.

Siz insure.az vasitəsilə Avtomobilinizin İcbari Avto Sığortasını, Daşınmaz əmlakınızın İcbari sığortasınıSəyahət sığortasını onlayn olaraq əldə edə bilərsiniz. Bu 3 xidmətimizlə yanaşı xarici qonaqların və turistlərin də onlayn olaraq Tibbi sığortasını əldə etmək imkanı vardır.  Bütün bunları 4 il kimi bir müddət ərzində incə incə toxunuşlar edərək yığılmışdır.

Əlavə olaraq saytımızdə ən vacib Sığorta şirkətləri haqqında rəylər bölməsi də yer almaqdadır. Bu rəylər vasitəsi ilə sığorta şirkətlərinin reytinqini də formalaşdırmışıq. Hansı ki, sizin hər hansı mənfi və ya müsbət rəyiniz, probleminiz olarsa bizim portalımızda qeyd etməklə bunu əyani işıqlandıra bilərsiniz. Nəzərə alın ki, qeyd etdiyiniz rəylər bir başa sığorta şirkətlərinin müvafiq şöbə rəhbərlərinə və ya əməkdaşlarına yollanaraq məsələyə təcili münasibət bildirilməsi tələb olunur. Bu da görülən işin keyfiyyətini artırmaq üçün stimullaşdırıcı metodlardan biridir. İnsure.az olaraq həm sığortalının, həm də sığorta şirkətlərinin ortaq nöqtəsi olaraq bu yöndə maksimum tövhə verməyə çalışırıq.

Texniki olaraq isə əgər siz öz saytınızda sığorta satışını yerləşdirmək istəyirsinizsə İnsure.az sizə API və ya Iframe texniki servisləri vasitəsi ilə bu imkanı təmin edir. Bunun üçün bizimlə əlaqə saxlamağınız yetərlidir.

Məlumat üçün qeyd edək ki, İnsure.az Azərbaycanda ilk onlayn sığortalı portalı olaraq 2016-cı ildə fəaliyyətə başlamışdır. Həmin zamandan bugünədək istifadəçilərə cəmi 1 dəqəqə ərzində sığorta müqaviləsini əldə etmək imkanı təqdim edir. Əgər siz də sığorta şirkətlərinə gedərək vaxt itirmək, sığorta şirkətlərinin saytlarında uzun uzadı blankları doldurmaq istəmirsinizsə insure.az sizin üçün ən unikal həlli təklif edir. Beləki, sığorta portalımız vasitəsilə cəmi 2 addımda sığorta məlumatlarınızı doldura və daha sonra sığortanı əldə etmək istədiyiniz şirkəti seçib ödəniş edərək dərhal müqavilənizi onlayn şəkildə əldə edə bilərsiniz. Həmçinin bütün bunları qeyd etdiyimiz kimi cəmi 1 dəqiqə ərzində əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır