“Zoom” liderliyi itirib

Koronavirus pandemiyasının başlaması və ölkələrin karantin rejimini tətbiq etməsi ilə dünyada “Zoom” erası başlayıb. Şirkət işçilərinin distant rejimdə işə keçidi ilə əlaqədar “Zoom” şirkətinin səhmləri 19 fevral tarixindən bu yana 159%-lik yüksəlişə nail olub.

Lakin, son aylarda texnologiya dünyasında daha çox diqqət çəkən və bulud texnologiyaları üzrə ixtisaslaşan “Fastly” şirkəti “Zoom” erasına son verib. Belə ki, ötən həftə ərzində 36%-lik artımla 19 fevraldan bu yana 222%-lik artıma nail olub və liderliyi ələ alıb. “Zoom” şirkətindən bir ay sonra yaranan “Fastly” şirkəti “Shopify” və “Slack” kimi nəhənglərlə tərəfdaşlıq edir. Şirkətin hazırda səhm dəyəri 73.27 dollar, ümumi bazar kapitalizasiyası isə 7.8 milyard dollar səviyyəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır