Home » Əlilliyi olan qadınlar üçün peşə hazırlığı kursu təşkil olunur

Əlilliyi olan qadınlar üçün peşə hazırlığı kursu təşkil olunur

by bbnadm
0 comment 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işəgötürənlərin sifarişi ilə peşə kurslarının təşkilini davam etdirir.  

Növbəti belə peşə kursu “Odlar yurdu” şığorta şirkətinin sifarişi əsasında sığorta agenti peşəsi üzrə təşkil edilir. Əlilliyi olan qadınlar üçün nəzərdə tutulan kursa 30 qadın cəlb edilib.

Kursa başlanılmazdan əvvəl həmin qadınlarla görüş keçirilib, onlara təşkil olunan kursda təlim prosesi və kursun məqsədi  barədə məlumat verilib.

3 ay müddətində təşkil olunacaq kurslarda təcrübəli müəllimlər tərəfindən onlara sığorta agenti peşəsi öyrədiləcək.  Kursu bitirdikdən sonra həmin qadınlar qeyd edilən sığorta şirkətinin Çağrı mərkəzində işlə təmin olunacaqlar.

Qeyd edək ki, işəgötürənlər Dövlət Məşğulluq Xidməti ilə həm işçilərin peşə biliklərinin təkmilləşdirilməsi, həm də yeni ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edə bilərlər. İşsiz şəxslərin peşə hazırlığı İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil olunur.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.