Home » Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1800-dən çox şəxsə iş yerlərinə göndəriş verilib

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1800-dən çox şəxsə iş yerlərinə göndəriş verilib

by bbnadm
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.

Bu il proqram üzrə 1800-dən çox işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Proqramda iştirak üçün müraciət edən 213 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 404 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanmaqla, 3400-dək işsiz şəxsə iş yerlərinə göndəriş verilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.