Home » EBRD növbəti dəfə Bank Respublika-nı “Azərbaycanda ən fəal emitent bank” elan etdi

EBRD növbəti dəfə Bank Respublika-nı “Azərbaycanda ən fəal emitent bank” elan etdi

Bank Respublika EBRD-nin Riqada keçirilən İllik Toplantısında növbəti mükafat qazandı!

by yunus
0 comments 0 views 1 minutes read

Bakı, 10 iyun, 2026. Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb. Bu mükafat bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir.

 

Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş tutub. Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.

 

Qazanılan uğur Bank Respublika-nın beynəlxalq maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi qiymətləndirilə bilər.

Yeni

Bank Respublika sahibkarlıq subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri hesab edir.

 

 

**********************************************************************************************

 

📌 Daha ətraflı məlumat üçün: 🌐 Veb sayt: www.bankrespublika.az 📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram 📞 Çağrı Mərkəzi: 144

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.