Home » Expressbank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”-nın rəsmi tərəfdaşıdı

Expressbank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”-nın rəsmi tərəfdaşıdı

by yunus
0 comments 0 views 1 minutes read

“Expressbank” ASC   “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı qismində çıxış edib.

Mötəbər tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların rəsmi dəstəyi ilə keçirilir.

Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, investorları və beynəlxalq maliyyə institutlarını bir araya gətirərək regional iqtisadiyyatın gələcək xəritəsini müəyyənləşmək məqsədi daşıyır.

Sammit çərçivəsində təşkil olunan xüsusi zonada Expressbank və “Expresspay”in birgə korporativ stendi nümayiş etdirilib. Stendi ziyarət edən yerli və xarici qonaqlara, beynəlxalq ekspertlərə bankın rəqəmsal ekosistemi, innovativ fintex həlləri və gələcək tərəfdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, “Expressbank” ASC müştərilərinə müasir və rəqəmsal bank xidmətləri təklif etməklə yanaşı, ölkəmizin beynəlxalq iqtisadi arenadakı layihələrində tərəfdaş qismində davamlı fəallığını qoruyur.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.