Home » ƏƏSM naziri vətəndaşlarla görüşəcək

ƏƏSM naziri vətəndaşlarla görüşəcək

by bbnadm
0 comment 0 views 1 minutes read

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Cəlilabad və Biləsuvar rayonlarında həmin rayonların, həmçinin Biləsuvar rayonunda Cəbrayıl rayonunun da sakinləri ilə görüşəcəklər.   

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq yanvarın 22-dək qəbula yazıla bilərlər.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.