Home » Azərbaycan banklarının xalis mənfəəti 557 milyon manatı ötüb

Azərbaycan banklarının xalis mənfəəti 557 milyon manatı ötüb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 557,1 milyon manat xalis mənfəət əldə edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 % çoxdur.

Məlumata görə, hesabat dövründə bankların əməliyyat gəlirləri 3 milyard 44,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 12,7 % artım deməkdir.

Eyni zamanda, bankların əməliyyat xərcləri 27,3 % artaraq 2 milyard 172,9 milyon manata çatıb. Xüsusi ehtiyatlara ayırmalar isə əksinə, 9,7 % azalaraq 179,5 milyon manat olub.

Yanvar-may aylarında bankların mənfəət vergisi üzrə ödənişləri də artım göstərərək ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çox – 134,7 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.