Home » Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “ATABANK” ASC və “AMRAHBANK” ASC-də qorunan əmanətlər üzrə 47,1 milyon manat konpensasiya ödəyib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “ATABANK” ASC və “AMRAHBANK” ASC-də qorunan əmanətlər üzrə 47,1 milyon manat konpensasiya ödəyib

by bbnadm
0 comments 1 views 1 minutes read

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlayıb və 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. 

“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.