2024-cü il ərzində kriptovalyuta bazarında çox mühüm inkişaflarla birlikdə qiymət rekordları qırılmışdı, bu il ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump və onun kabinetinin siyasətləri bazara rəhbərlik etməkdə təsirli olacaq.
BBN.az xəbər verir ki, 2024-cü il ərzində baş verən hadisələrin təsiri ilə bitkoinin qiyməti 107 min dolları keçərək bütün zamanların rekordunu qırdı. Bu dövrdə Bitcoin-in bazar dəyəri 2 trilyon dolları, bu ekosistemdəki bütün aktivlərin bazar dəyəri isə 3,7 trilyon dolları ötüb.
Prezidentliyə namizədliyi dövründə kriptovalyutaları dəstəkləyən açıqlamalar verən Trump ABŞ-ı “dünyanın kriptovalyutası mərkəzi” edəcəyinə söz vermişdi və Tramp seçkidə qalib gəldikdən sonra kriptovalyutalar sürətlə bahalaşmışdı.
Trampın inaqurasiyasından sonra edəcəyi açıqlamaların və atacağı addımların 2025-ci ildə kriptovalyuta bazarına təsir edəcəyi gözlənilir.