Tənzimləyicinin (Cyberspace Administration) 18 yaşdan aşağı uşaqlara smartfondan istifadə etməsi ilə bağlı limit qoyulması ilə bağlı tövsiyəsindən sonra Çində texnologiya səhmləri enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, tövsiyədən sonra Alibaba, video paylaşım platforması Bilibili-nin səhmləri çərşənbə axşamı ilə müqayisədə çərşənbə günü daha çox dəyər itirib.
Təklif edilən yeni qanuna görə uşaqlara smartfondan gün ərzində maksimum 2 saat istifadə etməyə icazə verəcək. Həmçinin onlara mobil cihazlar üzərindən internetə girişə də limit qoyula bilər, söhbət isə yerli vaxt ilə 22:00-dan 06:00-a qədərdir.
Hazırda təklif ictimaiyyət arasında da müzakirə edilməkdədir.