Home » MKA: “MilliÖn” brendinin adından fişinq kampaniyası aşkarlanıb

MKA: “MilliÖn” brendinin adından fişinq kampaniyası aşkarlanıb

by yunus
0 comments 0 views 1 minutes read

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “MilliÖn” brendinin adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyasını aşkarlayıb.

BBN.az xəbər verir ki, Agentliyin məlumatına görə, açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adı və vizual üslubundan istifadə edən saxta kampaniya müəyyən edilib.

Kampaniyada istifadəçilərə 1 manat müqabilində mobil internet və danışıq paketi vəd olunur. “million-az.shop” və “millionaz.site” domenlərində yerləşdirilən səhifələr rəsmi ödəniş səhifəsi kimi təqdim edilsə də, istifadəçilərdən kart sahibinin adı, kart nömrəsi, bitiş tarixi, CVV kodu, telefon nömrəsi və IP ünvanı tələb edilir.

Agentliyin araşdırmasına əsasən, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu isə səhifələrin əsas məqsədinin ödəniş qəbul etməkdən daha çox bank kartı məlumatlarını toplamaq olduğunu göstərir.

Məlumata görə, kampaniya “TikTok” və “Instagram” vasitəsilə də yayılır. Bu platformalarda qanuni brendi təqlid edən hesablar aşkarlanıb və həmin hesablarda müxtəlif fişinq domenlərinə keçidlər yerləşdirilib. Ayrı-ayrı videoların baxış sayı 231 min və 496 mini ötüb.

Agentlik həmçinin oxşar şablonun “AzərPay” adı altında da istifadə edildiyini bildirib. Bu isə kampaniyanın ayrı-ayrı domen və hesablarla məhdudlaşmadığını göstərir.

MKA-nın məlumatına görə, əsas risk istifadəçilərin kart məlumatlarının ələ keçirilməsi və sonradan qanunsuz əməliyyatlarda istifadəsidir. Bu səbəbdən saxta domenlərin bloklanması, sosial şəbəkə hesablarının bağlanması, bankların məlumatlandırılması və vətəndaşların xəbərdar edilməsi istiqamətində tədbirlərin paralel aparılması vacibdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.