Home » PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

by Aytac
0 comments 0 views 1 minutes read

PAŞA Bank 2026-cı ildə kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır.

BBN.az xəbər verir ki, bunu PAŞA Bankın idarə heyətinin sədri Cavid Quliyev rəhbərlik etdiyi bankın təşkil etdiyi, IPO-ya (səhmlərin ilkin ictimai yerləşdirmə prosesi) həsr olunmuş tədbirdə çıxışında bildirib.

“PAŞA Bank korporativ seqmentə və biznes müştərilərinə xidmətə fokuslanacaq. Bu istiqamətdə yanaşma dəyişməz qalır və əsas prioritet iqtisadiyyatın real sektorunun dəstəklənməsi və maliyyələşdirilməsidir.

Bununla yanaşı, PAŞA Holding-ə daxil olan şirkətlərlə, o cümlədən Kapital Bank və qrupun ekosisteminin digər iştirakçıları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi planlaşdırılır. Strateji vəzifələr sırasında bankın təxminən 200 min pərakəndə müştərisinin ekosistem daxilində xidmət və həllərdən daha fəal istifadə imkanlarının genişləndirilməsi də yer alır”, – deyə o bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.