193 fermer AKİA dəstəyi ilə “AccessBank”dan kredit alıb

“AccessBank” fermerlərə dəstək olmaqda davam edir. Bankın Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə tərəfdaşlığının nəticəsi olaraq, bu ilin ilk 5 ayı ərzində 193  sahibkar dövlətin aqrar sahəyə verdiyi güzəştli  mikrokreditlərdən faydalana bilib. “AccessBank” cari dönəmdə dövlət xətti ilə fermerlərə 1 milyon 996 min AZN həcmində kredit verib. Lənkəran, Bərdə, Mingəçevir, Gəncə və Şəki sahibkarları bu kreditin alınmasında daha fəal iştirak ediblər. Sahibkarlar əsasən heyvandarlıq sahəsinin inkişafı üçün müraciət ediblər.  

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2020-ci il tarixli fərmanı ilə aqrar sahənin maliyyələşdirilməsində yeni mərhələ başlayıb. Bu dönəmdən sonra fermerlərə bağçılıq, əkinçilik, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün 15.000 AZN-dək mikrokredit vermək imkanı yaradılıb.

Aqro kreditlər haqqında ətraflı məlumat əldə etmək üçün: 

https://www.accessbank.az/az/business/loans/alda-loans/

Fermerlər təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin “AccessBank”ın 151 Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya bankın filiallarına  yaxınlaşa bilərlər.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü regionlarda olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır