Home » 20 ildə ilk dəfə 1 avro 1 dollara bərabər oldu – SƏBƏB

20 ildə ilk dəfə 1 avro 1 dollara bərabər oldu – SƏBƏB

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Avro və dollar 20 ildə ilk dəfə bərabər olub. BBN.az xəbər verir ki, Euro News-un məlumatına görə valyuta bazarında bu cür dəyişiklik Avropa iqtisadiyyatında tənəzzülün olacağının siqnalıdır, bu isə Rusiyanın Ukraynanı işğal etməsinə görədir.   

Dəyişikliyin mənası odur ki, indi Avropa şirkətləri idxal etdikləri məhsul və xidmətlərə görə daha çox ödəyəcəklər. Həmçinin Avropanın ixracı beynəlxalq bazarda daha ucuza satılacaq.  

Avronun qiymətində dəyərin dramatik şəkildə azalması fevralın əvvəlindən müşahidə edilib, həmin vaxt 1 avro 1.13 dollara bərabər idi. Ekspertlər isə bildirirlər ki, avronun qiymətində bu cür kəskin enmə Avropanın əsas enerji təchizatçısı Rusiyanın (Avropa və ABŞ artıq bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edib-red.) Avropaya göndərdiyi təbii qaz axınını tamamilə dayandırması qorxusuna görə baş vermişdir. Bundan sonra bütün gözlər avroda olacaq və onun Amerika dollarına qarşı mövcud vəziyyətinə baxacaqlar. Bildirmək yerinə düşər ki, axırıncı dəfə bu 2002-ci ilin noyabrında olmuşdu, həmin zaman 1avro 0.99 dollara dəyişdirilirdi. 2008-ci ilin yayında isə avronun dəyəri dollar qarşısında yüksəlməyə davam edirdi və həmin zaman (ABŞ-da Böyük iqtisadi tənəzzül xəbəri yayılmışdı-red.) 1 avro 1.60 dollara dəyişdirildi. Lakin Rusiyanın Ukraynanı işğal etməsi avronun Avropa bazarında dominatlığına təsir etdi və eyni zamanda enerji bazarında qazın qiymətləri rekord həddə bahalaşdı. Qəfil şok Avro məkanda inflyasiyanın başlamasına təkan verdi, iyunda bu rəqəm 8.6%-a çatmışdı, həmçinin tədricən də iqtisadi aktivlik azalmağa doğru gedirdi. Hətta ekpertlər staqinflyasiyanın olacağından narahatdırlar ki, bu zaman məhsulların qiyməti alıcılar və şirkətlər üçün baha olaraq qalır.   Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini  artırır və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çalışır. Lakin bəzi analitiklər isə AMB-ni ABŞ, İngiltərə, Kanadadanın Mərkəzi Bankları ilə müqayisə edir və tənqid edərək deyirlər ki, prosesə gec müdaxilə edilib.  Beynəlxalq Maliyyə İnstitunun baş iqtisadçısı Robin Bruks isə özünün Twitter hesabında deyib ki, ola bilər ki, bəzi dərəcələrdə avronun dollara bərabər satılması sadəcə bir rəqəmdir. Lakin market bu dəyişikliyə reaksiya verir və bu 20 ildə görülməmişdi. Bu böyük məsələdir. Qeyd edək ki, hazırda 1 avro 1.01 dollara bərabər satılır. Həmçinin bu dəyişiklikdən amerikalı turistlər məmnundurlar, onlar düşünürlər ki, Avropada yaxşı istirahət edə biləcəklər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.