2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlayıb.

İlkin mərhələdə təlimlər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda təşkil edilib. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. 

Yaxın günlərdə bölgələrdə də özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır