Home » 2020-ci ilin ilk ayı üzrə gündəlik neft hasilatı 769 min barrel olub

2020-ci ilin ilk ayı üzrə gündəlik neft hasilatı 769 min barrel olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barrel olub. Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib. Gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.