Home » Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

by yunus
0 comments 0 views 1 minutes read

Birbank müştəriləri üçün ictimai nəqliyyatdan istifadəni daha sərfəli edən yeni kampaniyaya start verir. 11 avqust – 30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Star kartı ilə avtobus və metroda BakıKart ödənişi edən müştərilərə hər ay ilk 5 gedişi ödənişsiz etmək şansı verilir.

Kampaniyadan yararlanmaq üçün avtobus və metroda BakıKart ödənişlərini Birbank Star kartı ilə həyata keçirmək kifayətdir. Bu zaman kartdan vəsait çıxılmır və sərnişinlər mobil tətbiq daxilində prosesi rahatlıqla izləyə bilirlər. Kampaniya Birbank Star kartı ilə birbaşa kart və ya QR vasitəsilə edilən BakıKart ödənişlərinə şamil olunur.

Kampaniyada həm aktiv Birbank Star kartına sahib olan, həm də yeni Birbank Star kartı əldə edən bütün müştərilər iştirak edə bilərlər. Kampaniya müddətində hər Birbank Star kartı ilə 20 pulsuz gediş etmək mümkündür.

Birbank Star kartı həmçinin gündəlik maliyyə ehtiyaclarının idarə olunması üçün də istifadəçilərə müxtəlif imkanlar təqdim edir. Kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə və Bir ekosisteminin tərəfdaşlarında edilən ödənişlərə görə limitsiz bonuslar qazana bilərlər. Bundan əlavə, QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından yararlanmaq mümkündür.

Birbank Star kredit kartını Birbank mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək olar. Ətraflı məlumat üçün: Birbank | Birbank Star ilə hər ay 5 gediş hədiyyə!

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.