Home » 2021-ci ildə ən çox qazanan milyarderlər kimlər olub?

2021-ci ildə ən çox qazanan milyarderlər kimlər olub?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Forbes” jurnalı 2021-cu ildə sərvətini ən çox artıran və ən çox itkiyə məruz qalan milyarderlərin siyahısını açıqlayıb. Təqribi 2600 milyarderin sərvətlərinin əsasında tərtib olunan siyahıya əsasən, 2021-ci ildə sərvətini ən çox artıran milyarderlərin məcmu artım göstəricisi  1.6 trilyon dollar səviyyəsindədir. Bu isə, 2020-ci ilin müvafiq göstəricisinə nisbətdə 0.3 trilyon dollar azalma deməkdir.

Sİyahıda liderliyi Elon Mask qoruyub saxlayıb. 2020-ci ildə 110 milyardlıq artım ilə liderliyə yüksələn Elon Mask 2021-ci ildə də sərvətinə 110 milyard dollar əlavə edib. Bununla da, “Tesla” şirkətinin təsisçisinin ümumi sərvəti 266 milyard dollar ötüb. 2020-ci ildə siyahıda 67.5 milyard dollarlıq artımla ikinci yerdə qərarlaşan Jeff Bezos bu il cəmi 6 milyard dollar sərvət qazana bilib və bununla da renkinqdə yerini itirib. Hazırki renkinqdə ikinci və üçüncü yerdə qərarlaşan “Google” həmtəsisçiləri Larry Page və Sergey Brin sərvətlərini müvafiq olaraq 44 milyard  və 42 milyard dollar yüksəldiblər.

Siyahıda ilk beşlik “Oracle” şirkətinin təsisçisi Larry Ellison (+32 milyard dollar) və Steve Ballmer (+27 milyard dollar) ilə tamamlanıb. Ümumilikdə ən çox milyarderlərə sahib olan ABŞ-da 2021-ci ildə 945 milyard dollar (23%)  artım əldə edilib və milyarderlərin ümumi sərvəti 5 trilyon dolları ötüb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.