Home » Türk İnvestisiya Fondu 2030-cu ildən beynəlxalq kapital bazarlarına çıxmağı planlaşdırır

Türk İnvestisiya Fondu 2030-cu ildən beynəlxalq kapital bazarlarına çıxmağı planlaşdırır

by Zeyneb
0 comments 1 views 1 minutes read

Türk İnvestisiya Fondu (TIF) 2030-cu ildən etibarən beynəlxalq kapital bazarlarında daha fəal rol oynamağı planlaşdırır.

BBN.az xəbər verir ki, Report-a istinadən, bunu TIF-in prezidenti Bağdad Amreyev bildirib.

Onun sözlərinə görə, Fond beynəlxalq istiqrazlar buraxa, iqtisadi cəhətdən məqsədəuyğun olduğu halda isə üzv dövlətlərin milli valyutalarında maliyyə vəsaitləri cəlb edə bilər.

Bağdad Amreyev xatırladıb ki, TIF-in 6 üzvü var. Bunlar Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Fondun prezidenti qeyd edib ki, kapital bazarlarına çıxış uyğun zamanda həyata keçirilməlidir. Onun sözlərinə görə, istiqraz buraxılışı yeni beynəlxalq maliyyə institutu üçün nüfuz məsələsi və ya özlüyündə məqsəd olmamalıdır.

“Belə bir qərar iqtisadi cəhətdən əsaslandırılmalı və TIF möhkəm maliyyə mövqeyi, etibarlı korporativ idarəetmə və risklərin idarə edilməsi sistemi formalaşdırdıqdan, habelə layihələrin uğurlu maliyyələşdirilməsinə dair təsdiqlənmiş təcrübə topladıqdan sonra qəbul edilməlidir”, – B.Amreyev vurğulayıb.

O bildirib ki, hazırkı mərhələdə əsas vəzifələr TIF-in kapitalından səmərəli istifadə etmək, perspektivli layihələri maliyyələşdirmək və Fondun nüfuzunu formalaşdırmaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.