Sənaye məhsulunun 63,9 %i mədənçıxarma sektorunda, 29,5 %i emal sektorunda, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Bu barədə BBN.az-a Dövlət Statistika Komitəsindən məlumat verilmi.dir.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7% azalmış, əmtəəlik qaz hasilatı isə 4,0% artmışdır.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 75,9%, əczaçılıq məhsullarının istehsalı 51,0%, mebel istehsalı 37,9%, geyim istehsalı 37,1%, tikinti materiallarının istehsalı 35,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 34,0%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7%, içkilərin istehsalı 28,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4%, elektrik avadanlıqlarının istehsalı 18,3%, kompüter, elektron və optik məhsulların istehsalı 16,2 %, kimya sənayesi məhsullarının istehsalı 14,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7 %, neft məhsullarının istehsalı 6,6 %, qida məhsullarının istehsalı 3,9%, kağız və karton istehsalı 1,8 % artmış, tütün məmulatlarının istehsalı 0,6%, hazır metal məmulatlarının istehsalı 2,4%, poliqrafiya məhsullarının istehsalı 4,2%, maşın və avadanlıqların istehsalı 15,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,1%, sair sənaye məhsullarının istehsalı 47,9%, sair nəqliyyat vasitələrinin istehsalı 50,4% azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9% azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7% artmışdır