Home » 2025-ci ilin 9 ayında Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 5635 zəng qəbul edib

2025-ci ilin 9 ayında Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 5635 zəng qəbul edib

by anar
0 comments 0 views 0 minutes read

2025-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5635 zəng qəbul edilib.

Daxil olan zənglərin 4500-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 500-ü təşəkkür xarakterli, 635-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.