Home » AMB könüllü sığorta növləri üzrə zəmanət sxeminin tətbiqini nəzərdən keçirir

AMB könüllü sığorta növləri üzrə zəmanət sxeminin tətbiqini nəzərdən keçirir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək könüllü sığorta növləri üzrə genişləndirilmiş zəmanət sxeminin tətbiqi ilə bağlı təkliflərin hazırlanmasını planlaşdırır.

Bildirilib ki, sözügedən təşəbbüs 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan tədbirlərdən biridir.

Mərkəzi Bankın açıqlamasına görə, yeni mexanizm sığorta müştərilərinin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsinə xidmət edəcək. Zəmanət sxeminin tətbiqi nəticəsində sığorta şirkəti ödəmə qabiliyyətini itirdiyi halda, sığorta hadisələri üzrə tələblərin müəyyən hissəsinin qarşılanması və ya mövcud müqavilələrin digər sığortaçıya ötürülməsi yolu ilə onların davamlılığının təmin olunması mümkün ola bilər.

AMB qeyd edib ki, bu yanaşma sığorta bazarına inamın artırılmasına, həmçinin maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Məlumata əsasən, strategiyanın icrası çərçivəsində 2026-cı il ərzində beynəlxalq təcrübənin öyrənilməsi, zəmanət sxeminin tətbiqinin mümkünlüyü ilə bağlı iqtisadi və texniki əsaslandırmanın hazırlanması, eləcə də ilin sonunadək müvafiq təkliflərin formalaşdırılması nəzərdə tutulur.

Mərkəzi Bankdan bildirilib ki, hazırda bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması davam etdirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.