Home » 31 şəhid ailəsi üzvünə evlərində sosial-məişət xidməti göstərilir

31 şəhid ailəsi üzvünə evlərində sosial-məişət xidməti göstərilir

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi  31 şəhid ailəsi üzvünü evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin edir.

Həmin ailələr Sumqayıt, Ağsu, Göyçay, Ağstafa, Gədəbəy, Şirvan, Goranboy, Mingəçevir, Naftalan, Quba, Hacıqabul və digər şəhər və rayonlarda yaşayırlar.

Agentliyin sosial xidmətçiləri şəhidlərimizin yadigarlarının evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

Qeyd edək ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə evlərində (səyyar) sosial-məişət xidməti göstərilir.

Hazırda 3,3 mindən çox şəxs həmin xidmətlə əhatə olunub. Onlardan 2560-ı qadın, 751-i kişidir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.