Home » 9 və 13 fevral tarixlərində hərrac keçiriləcək

9 və 13 fevral tarixlərində hərrac keçiriləcək

by anar
0 comments 1 views 1 minutes read
Növbəti hərraclara 43 əmlak çıxarılıb, iştirakçılara qeyri-yaşayış sahəsinə, nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq.  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9 fevral tarixində keçiriləcək hərraca “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 1 fərdi yaşayış evi, 2 torpaq sahəsi və 8 qeyri-yaşayış sahəsi çıxarılacaq.

13 fevral tarixində keçiriləcək hərraca 32 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitələri əsasən Rusiya, Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1980-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.