Home » Avqust ayı ərzində ən çox istifadə edilən valyutalar

Avqust ayı ərzində ən çox istifadə edilən valyutalar

by bbnadm
0 comment 1 views 1 minutes read

Dünyada ən çox sıxlıqla istifadə edilən valyuta dollar olub. Belə ki, avqust ayı ərzində SWIFT banklararası tranzaksiyalarının həcminə istinadən, ümumi tranzaksiyaların 40%-dən artığını ABŞ dolları ilə həyata keçirilən tranzaksiyalar təşkil edib. Bu iyul ayı göstəricilərinə nisbətdə 0.66% artım deməkdir.

Siyahıda ikinci yerdə qərarlaşan avro valyutasının tranzaksiyalarda istifadə həcmi isə əksinə 0.48% azalaraq, 37.95% səviyyəsində qərarlaşıb. Üçüncü yerə isə, 0.27% geriləmə ilə ingilis funt-sterlinqi (5.72%) layiq görülüb.

Siyahının ilk onluğu, Yaponiya yeni (2.73%), Çin yuanı (2.15%), Kanada dolları (1.62%), Avstraliya dolları (1.3%), Honk Konq dolları (1.28%), Sinqapur dolları (0.91%) və Tayland batı (0.8%) ilə tamamlanıb.

Rusiyanın rəsmi valyutası olan rubl isə 2015-ci ildən bu yana ilk dəfə 0.18%-lik göstərici ilə siyahının ilk 20-liyində qərarlaşıb. Buna əsas səbəb kimi, ölkənin uçot dərəcəsində artım və bir neçə xarici ölkə ilə rubl vasitəsilə idxal-ixrac əməliyyatlarının aparılması göstərilir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.