Home » “Qırmızı ürəklər”in saytı təqdim edildi

“Qırmızı ürəklər”in saytı təqdim edildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondunun rəsmi İnternet saytı təqdim edildi. Artıq  https://redhearts.az/  saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər. Bundan başqa sayt vasitəsilə fondun əməkdaşlarına müraciətlər ünvanlamaq mümkündür. Saytda şəffaflığı təmin etmək üçün statistik məlumatlar dərc olunur: toplanılan məbləğ, həyata keçirilən kampaniyaların sayı, ianə edən fiziki və hüquqi şəxslərin, yardım edilən insanların, həmçinin “Qırmızı ürəklər” könüllülərinin sayı və s.

Sayt təqdim olunarkən fond tərəfindən yeni yardım aksiyasına başlanıb. 4 oktyabr – Ümumdünya heyvanların mühafizəsi günü ərəfəsində “Pəncəli ürəklər” adlı aksiya çərçivəsində toplanılan ianələr şəhərin sahibsiz heyvanlarının qida və müalicə ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Əgər siz də bu xeyirxah təşəbbüsə vəsait ayıraraq töhfə vermək istəyirsinizsə, www.redhearts.az saytına daxil olub ianə edə bilərsiniz.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.