Home » Son illərdə bəzi xarici banklar Rusiya bazarını tərk edib

Son illərdə bəzi xarici banklar Rusiya bazarını tərk edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya Federasiyasının bankçılıq sektoru son illərdə bir sıra xarici kapitallı bankların bazardan çıxmasına şahid olub. Bunların arasında bir sıra dünya brendləri də yer alıb. ABŞ-ın nəhəng maliyyə institutlarından olan “Citigroup” aprel ayında Rusiyadakı törəmə qurumu “Citibank” filiallarını bağlayıb. Oktyabr ayında isə, Çexiyanın “PPF Group” maliyyə və investisiya holdinqi Rusiyada yerləşən “Home Credit” törəmə maliyyə qurumunu satışa çıxarıb.

Ötən il ərzində isə, ABŞ-ın “Morgan Stanley” və Finlandiyanın “Nordea” bankları Rusiya Mərkəzi Bankının təyin etdiyi bankçılıq lisenziyasından imtina ediblər. Ümumilikdə, Rusiya Federasiyasının bank sektorunda xarici kapitalın ümumi həcmi son 5 ildə 2.5% geriləyərək 14.3%-dən 11.8%-ə düşüb.

 Bu barədə, Rusiya mətbuatına müsahibə verən “Raiffeisenbank” nümayəndəsi Sergey Monin bunun bir tendensiya olmadığını açıqlayıb. O bildirib ki, xarici bankların belə addım atmasında Rusiyaya tətbiq edilən sanksiyaların rolu olsa da, əsas səbəb onların bazara uyğunlaşıb öz biznes modellərinə uyğun struktur qura bilməməkləri olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.