Home » ABB Ağdamda ağacəkmə aksiyası keçirdi!

ABB Ağdamda ağacəkmə aksiyası keçirdi!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABB Ağdamda ağacəkmə aksiyası keçirib. Aksiyada Bankın 150-dən çox əməkdaşı iştirak edib. Tədbirdən əvvəl Ağdamdakı Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Daha sonra ABB əməkdaşları yenidən qurulacaq Ağdam şəhərinin baş planına uyğun olaraq yaşıllıq zonası üçün nəzərdə  tutulmuş ərazidə ağaclar əkiblər. Ardınca Ağdam məscidinə və Şahbulaq qalasına ekskursiya olub.

Ağacəkmə aksiyasına Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də dəstək verib.

Qeyd edək ki, ABB bankçılıq fəaliyyəti ilə yanaşı, bu cür faydalı sosial layihələri də mütəmadi davam etdirir. Ağdamda ağacəkmə aksiyası ABB-nin işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı korporativ sosial məsuliyyət layihələrindən daha biridir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.