Home » “PayPal” şirkəti “stablecoin” yaradır

“PayPal” şirkəti “stablecoin” yaradır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq ödəniş texnologiyaları nəhəngi “PayPal” yeni bir innovativ layihəyə start verib. Belə ki, kriptovalyuta tendensiyasının sürətlə yayıldığı dövrdə bazarda rəqabətqabiliyyətliliyinin qorunması məqsədilə “PayPal” da bu sahəyə qoşulub.

Kriptovalyuta və ənənəvi “fiat” valyutaları arasında intermediasiya prosesini təmin edən “stablecoin” “PayPal” şirkəti tərəfindən yaradılacaq. Şirkət tərəfindən ictimaiyyətə verilən açıqlamaya görə, “stablecoin” yaradılması üçün araşdırma proseslərinə başlanılıb. Steve Moserin rəhbərlik etdiyi layihə əsasında yaradılacaq rəqəmsal valyuta “PayPal Coin” adlandırılacaq.

Qeyd edək ki, bundan əvvəl “Facebook” (indiki “Meta”) şirkəti tərəfindən yaradılan “Diem Stablecoin” valyutasının bazarda qarşılaşdığı əsas problem requlyatorlar və qanunvericilik ilə olub. Bu səbəbdən, “PayPal Coin” yaradıcıları ilkin mərhələdə requlyatorlarla danışıqlara xüsusi önəm verirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.