Home » Dünyanın ən zəngin qadın milyarderləri – SİYAHI

Dünyanın ən zəngin qadın milyarderləri – SİYAHI

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Qlobal biznes mühitində milyarderlərin sayı günü-gündən artmaqdadır. 2021-ci ildə ümumi milyarderlərin sayı 660 nəfər artaraq 2755-ə çatıb. “Wealth-X” analitika şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, bu göstəricinin 11.9%-ini qadınlar təşkil edir.

Sözügedən araşdırmalar nəticəsində tərtib edilən siyahıya görə, dünyanın ən zəngin qadın biznesmeni Francoise Bettencourt Meyers olub. Paris mərkəzli “L’Oréal” şirkətinin əsas səhmdarlarından olan Francoise ümumilikdə 71.4 milyard dollarlıq sərvətə sahibdir. 2018-ci ildə 42.2 milyard dollar ilə “Forbes” milyarderləri renkinqində 18-ci yerdə qərarlaşan Francoise 2021-ci ildə 12-ci pilləyə yüksəlib.

Siyahıda ikinci yerdə qərarlaşan Alice Walton ABŞ-ın nəhəng supermarketlər şəbəkəsi “Walmart”ın təsisçisi Sam Waltonun qızıdır və hazırda korporasiyada paya sahibdir. Ümumi siyahıda 12-ci yerdə qərarlaşan Alice 68 milyard dollarlıq sərvətə malikdir.

“Amazon” şirkətinin təsisçisi Jeff Bezosun keçmiş həyat yoldaşı  MacKenzie Scott isə 2021-ci ildə xalis sərvətini 17 milyard dollar həcmində artıraraq siyahıda üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən zəngin 10 qadın milyarderinə aşağıdakı siyahıdan nəzər sala bilərsiniz:

Ad və soyadÜmumi sərvətÖlkə
Francoise Bettencourt Meyers $71.40Fransa
Alice Walton$68.00ABŞ
MacKenzie Scott$54.90ABŞ
Julia Koch$44.90ABŞ
Yang Huiyan$31.40Çin
Jacqueline Mars$28.90ABŞ
Susanne Klatten$25.80Almaniya
Zhong Huijuan$23.50Çin
Laurene Powell Jobs$22.10ABŞ
Iris Fontbona$21.00Çili

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.