Home » AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “5-ci MDB İslam Bankçılığı və Maliyyə Forumu” çərçivəsində “Tənzimləmə və İdarəetmə Mükəmməlliyi Mükafatı” ilə təltif edilib.

BBN.az xəbər verir ki, mükafat AMB-yə İslam maliyyəsinin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətə görə Əl-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi tərəfindən təqdim olunub.

Mükafatı qəbul edən AMB-nin Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva çıxışında Azərbaycanda İslam maliyyəsinin inkişafı istiqamətində görülən işlər, yaradılan tənzimləyici çərçivə və gələcək prioritetlər barədə məlumat verib.

O, ölkədə İslam bankçılığının mövcud maliyyə infrastrukturunun tərkib hissəsi kimi inkişaf etdirilməsi üçün həyata keçirilən təşəbbüslərdən, həmçinin İslam maliyyəsinin maliyyə inklüzivliyinin genişləndirilməsi, məhsul çeşidinin artırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi baxımından əhəmiyyətindən bəhs edib.

Qeyd edək ki, “5-ci MDB İslam Bankçılığı və Maliyyə Forumu”nun əsas məqsədi tənzimləyici qurumların, maliyyə institutlarının nümayəndələrinin, investorların, akademik dairələrin, şəriət alimlərinin və sənaye ekspertlərinin bir araya gələrək İslam bankçılığı və maliyyəsinin inkişaf perspektivlərini, mövcud çağırışları və əməkdaşlıq imkanlarını müzakirə etməsi olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.