Home » Çin və Rusiya arasında ticarət dövriyyəsi 25,6% artıb

Çin və Rusiya arasında ticarət dövriyyəsi 25,6% artıb

by yunus
0 comments 0 views 1 minutes read

Çin və Rusiya arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında illik müqayisədə 25,6% artaraq 134,17 milyard dollara çatıb.

BBN.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə Çinin Rusiyaya ixracı 28,4% artaraq 60,60 milyard dollar təşkil edib. Rusiyadan idxal isə 23,3% yüksələrək 73,58 milyard dollara çatıb.

Təkcə iyun ayında iki ölkə arasında ticarət dövriyyəsi 24,35 milyard dollar olub. Bu dövrdə Çin Rusiyaya 11,43 milyard dollar dəyərində məhsul ixrac edib, Rusiyadan isə 12,92 milyard dollar dəyərində mal idxal edib.

Son illərdə Çin və Rusiya arasında iqtisadi əməkdaşlıq, xüsusilə enerji, sənaye və logistika sahələrində əlaqələrin genişlənməsi fonunda qarşılıqlı ticarət dövriyyəsində davamlı artım müşahidə olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.