

Belçikanın nəhəng maliyyə təşkilatlarından biri olan “KBC Group” yeni innovativ layihəyə imza atıb. Belə ki, Brüssel mərkəzli qurum süni intellekt əsaslı maliyyə texnologiyaları xidmətlərini və həllərini təklif etmək üçün törəmə şirkət yaradıb.
“Discai” adı altında yaradılan törəmə şirkət xüsusilə B2B əlaqəli qurumlara çirkli pulların yuyulması və terrorizmlə mübarizə üzrə komplayns həlləri hazırlayacaq. “Discai” şirkətinin ilk tərəfdaşlıq müqaviləsinin “Big Four” şirkətlərindən olan “KPMG” ilə imzalanması gözlənilir.
Məlumat üçün qeyd edək ki, 1998-ci ildə yaradılan “KBC Group” 11 ölkədə 1200-dən çox filial ilə fəaliyyət göstərir. 12 milyondan çox müştəri bazasına malik qurumun bazar kapitalizasiyası 25 milyard dollardan yüksəkdir.
IBSintelligence