
Süni intellekt dünyasının maraqla gözlədiyi qərar verildi. ABŞ Ticarət Nazirliyi, OpenAI-ın ən son modeli olan GPT-5.6-nın geniş miqyasda istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib.
Bir müddət öncə Tramp administrasiyası təhlükəsizlik protokolları səbəbindən GPT-5.6-nın yayımını məhdudlaşdırmış və modelə girişi yalnız hökumət tərəfindən təsdiqlənmiş qurumlarla məhdudlaşdırmışdı. Lakin Ticarət Nazirliyinin “Süni İntellekt Standartları və İnnovasiya Mərkəzi”ndə keçirilən gərgin test və yoxlama proseslərindən sonra bu “frenləmə” siyasətinə son qoyulub. OpenAI-ın texniki mütəxəssisləri yoxlama müddəti boyunca Vaşinqtonda qalaraq, hökumət rəsmilərinin suallarını cavablandırıb və modelin təhlükəsizlik standartlarını təsdiq etmək üçün intensiv görüşlər keçiriblər. Nazirlikdən alınan yekun razılıqla, OpenAI-ın GPT-5.6-nı bu həftə ərzində geniş auditoriyaya təqdim edəcəyi gözlənilir.
Xatırladaq ki, daha öncə Anthropic şirkətinin Mythos və Fable modelləri də oxşar məhdudiyyətlərlə üzləşmiş, hətta xarici bazarlara girişi qadağan edilmişdi. Fable üzərindəki məhdudiyyətlərin ötən həftə qaldırılması və ardınca GPT-5.6 üçün alınan bu qərar, ABŞ-da süni intellekt sektoruna tənzimləyici baxışın yeni bir mərhələyə keçdiyini göstərir.




