Home » “AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüş keçirilib

“AzerGold” QSC-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla görüşüb.

Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər barədə müzakirələr aparılıb, ötən ay icra edilmiş qarşılıqlı fəaliyyət planı təhlil edilib. Həmçinin mentor tərəfindən karyera planlaması, əsas səmərəlilik göstəricilərin təyin edilməsi metodları, işçilərin qiymətləndirilməsi və idarəetmədəki roluna dair suallar cavablandırılıb, şəxsi səmərəlilik və özünü inkişafa dair bir sıra ədəbiyyat siyahısı tövsiyyə edilib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.