
Türkiyədə ölkədaxili sərmayə yatırımında azalan tendensiya müşahidə olunur.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) hazırladığı rəsmi hesabata istinadən, 2022-ci ilin fevral ayında ölkə daxilində açılan şirkətlərin sayı yanvar ayına nisbətdə 16.6%, bağlanan şirkətlərin sayı isə 24.7% azalıb.
Ümumilikdə isə, 2022-ci ilin yanvar ayında Türkiyə Respublikasında 9987 şirkət və korporasiya açılıb. Bu rəqəm ötən ilin müvafiq ayının göstəricisindən 0.3% çoxdur.
Məlumat üçün qeyd edək ki, sözügedən dövrdə açılan şirkətlərin 40.5%-i İstanbulda, 9.3%-i Ankarada, 6.3%-i isə İzmir şəhərində açılıb.





