Home » “Toyota” istehsalı 17% azaldacaq

“Toyota” istehsalı 17% azaldacaq

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Koronavirus pandemiyasının dünya iqtisadiyyatında özünü ən çox biruzə verdiyi sahələrdən biri də yarımkeçiricilərdir. Yarımkeçiricilərin istehsalında axsamalar nəticəsində yaranan qıtlıq səbəbindən bir çox beynəlxalq elektronika istehsalçıları tələbi qarşılaya bilmirlər. Ötən il smartfon satışlarında 7%-lik gerilməyə gətirib çıxaran bu tendensiya “Ford”, “Volkswagen” kimi bir sıra nəhəng avtomobil istehsalçılarının da istehsal həcmini azaltmasına səbəb olub.

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” tərəfindən 64.3 milyard dollarlıq brend dəyəri ilə dünyanın ən dəyərli avtomobil istehsalçısı seçilən “Toyota Motor Corp” da şirkətin istehsal həcmi ilə bağlı kritik qərar verib. Belə ki, şirkət istehsal planını aprel ayında 17%, may ayında 10%, iyun ayında isə 5% həcmində azaldacağını açıqlayıb. Aprel ayında ümumi istehsalın 900 min avtomobildən 750 minə endiriləcəyi bildirilib.  Aprel-iyun ayları arasında ortalama istehsal göstəricisinin 800 min civarında olması gözlənilir. Yaponiya mərkəzli istehsalçı ixtisarın əsas səbəbi kimi yarımkeçirici və ehtiyat hissələrinin azlığını göstərib.

Qeyd edək ki, 1937-ci ildə yaradılan şirkət 227.23 milyard dollar bazar kapitalizasiyasına sahibdir. “Toyota” fövqəladə bir vəziyyət baş vermədiyi təqdirdə, 2022-ci ildə bütövlükdə 11 milyondan çox avtomobil istehsal edərək rekord göstəriciyə nail ola biləcəyini açıqlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.