![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
İyunun 29-da Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçiriləcək.
Təlimdə Bakı KOBİM-in eksperti Namiq Bayramov aşağıdakı mövzulardan danışacaq:
– Marketinq nədir;
– Brend anlayışı və onun marketinqdə əhəmiyyəti;
– Marketinqin kommunikasiya əməliyyatları;
– Satış və onun təşkili prosesi;
– B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri və s.
Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.Təlim ödənişsizdir.