Home » Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirildi

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirildi

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Ölkədə sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirildi.

İqtisadiyyatın şaxələnməsi proseslərinin orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığı aspektlərindən vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirdi ki, mövcud həssas məqamlar fonunda ölkədə maliyyə sabitliyi qorunur, kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, xüsusən rayon və kənd yerlərində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.

Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların rəhbərləri, sahibkarlar çıxış edərək bildilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.

Ölkədə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində fermerlərin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, şərtlərin sadələşdirilməsi, müvafiq qanun layihələrinin hazırlanmasında sahibkarlarla müzakirələrin aparılması, onların fkir və təkliflərinin nəzərə alınması və digər məsələlər önə çəkildi. Bunlarla yanaşı qlobal və milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı Mərkəzi Bank tərəfindən aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi də qeyd olundu.

Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparıldı.

T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu qeyd etdi və səslənən təklifləri dəstəklədiyini diqqətə çatdırdı. Bildirdi ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır.

Görüşə yekun vuraraq əminliyini bildirdi ki, ölkədə həyata keçirilən yeni nəsil sosial-iqtisadi və institusional islahatlar cəmiyyətin bütün üzvlərinin, xüsusən biznes mənsublarının güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaqdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.